Azedu.az

Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib

Peşə təhsili

28 Noyabr 2026, 10:14
Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində daha bir mühüm addım atılıb. Mərkəzdə yeni Aşpaz emalatxanası yaradılaraq tələbələrin istifadəsinə verilib.

AzEdu.az xəbər verir ki, müasir avadanlıq və texnologiyalarla təchiz olunan emalatxana tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək, real iş mühitinə uyğun bacarıqlar qazanmaq və peşə vərdişlərini inkişaf etdirmək imkanı yaradır.

Yeni tədris məkanının istifadəyə verilməsi gələcəyin aşpazlarının peşəkar hazırlığına, onların əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına mühüm töhfə verəcək.

Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox