Azedu.az

Su kanalına düşən azyaşlının vəziyyəti açıqlanıb

AzEdu Təhsil Platforması

29 Noyabr 2026, 13:33
Su kanalına düşən azyaşlının vəziyyəti açıqlanıb

2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) 28.11.2026-cı il tarixində saat 16:40 radələrində Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, suda boğulma diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən azyaşlı ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında tibb müəssisəsindən buraxılıb.

Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox