Azedu.az

10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat: Nazir açıqlama verdi

Hadisə

28 Noyabr 2026, 21:33
10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat: Nazir açıqlama verdi

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Boluda Yedigöllər Milli Parkına gəzintiyə gedərkən itkin düşən 10 qız uşağı və onları müşayiət edən üç əməkdaşla bağlı nazirlik tərəfindən təftişə başlanıldığını açıqlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Nazir müşayiətçilərin hamısının kişi olması barədə yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, uşaqları müşayiət edən üç əməkdaşdan yalnız sürücü kişidir, digər ikisi isə qadındır.

Göktaş açıqlamasında uşaqların və əməkdaşların sağ-salamat tapılmasının sevindirici hal olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da axtarış əməliyyatını ilk andan etibarən yaxından izlədiyi qeyd edilib.

Nazir bildirib ki, axtarışlar davam edərkən uşaqları müşayiət edən hər üç əməkdaşın kişi olması barədə məqsədli şəkildə təhrif edilmiş məlumatlar yayılıb. O, belə xəbərlərin çətin anlar yaşayan uşaqlara və fədakarlıqla çalışan əməkdaşlara zərər vurduğunu vurğulayıb.

Mahinur Özdemir Göktaş hadisənin bütün təfərrüatlarının araşdırılması məqsədilə nazirlik tərəfindən təftişə başlanıldığını bildirib.

Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox