Azedu.az

Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb

Şagirdlər

6 Oktyabr 2026, 08:52
Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb

Fransada orta məktəb şagirdlərinin etirazları başlayandan bəri azı 190 şagird müxtəlif xəsarətlər alıb.

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Eduar Jefre BFMTV telekanalının efirində məlumat verib.

Nazirin sözlərinə görə, xəsarət alanların bir qismi küçə konstruksiyalarına çıxarkən təsadüfən yıxılıb, digərləri isə aksiyalar zamanı istifadə olunan pirotexniki vasitələr səbəbindən xəsarət alıb.

Jefre oktyabrın 5-də Lans şəhərində baş verən hadisəni də qeyd edib. Onun sözlərinə görə, yeniyetmələrdən biri polis tərəfindən istifadə edilən zədələyici elementləri olan qumbaranı götürdükdən sonra əlindən ciddi xəsarət alıb.

Fransada məktəblilərin etirazları sentyabrın sonlarında İl-de-Frans regionunda başlayıb, daha sonra ölkənin digər ərazilərinə yayılıb. Şagirdlər təhsil müəssisələrində həddindən artıq dərs yükünə, müəllim çatışmazlığına və digər problemlərə etiraz edirlər.

Bəzi şəhərlərdə aksiyalar iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunub. Məlumata görə, hüquq-mühafizə orqanları 5 mindən çox şəxsi saxlayıb və onların təxminən 90 faizi yetkinlik yaşına çatmayanlardır.

TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir
Son xəbərlərDaha çox