Azedu.az

Meksikadan Şagirdlərlə bağlı radikal addım

Şagirdlər

23 Sentyabr 2026, 09:04
Meksikadan Şagirdlərlə bağlı radikal addım

Meksika hökuməti ibtidai və orta məktəblərdə mobil telefonların, eləcə də digər ekranlı qadcetlərin istifadəsini məhdudlaşdırmaq barədə qərar qəbul edib. Yeni qaydalar noyabrın 3-dən etibarən qüvvəyə minəcək.

AzEdu.az  istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransı zamanı bildirib.

"Əsas məqsəd şagirdlərin yaradıcılıq qabiliyyətlərini bərpa etmək və xüsusilə sosial şəbəkələrdən istifadə zamanı ağır mənfi fəsadlara yol aça biləcək ekran asılılığının qarşısını almaqdır", - deyə dövlət başçısı qeyd edib.

Şeynbaumun sözlərinə görə, smartfonlardan dərs prosesində və tənəffüslər zamanı istifadə etmək qadağan olunacaq. Şagirdlərə məktəbə telefon gətirməyə icazə veriləcək, lakin onlardan yalnız fövqəladə hallarda istifadə etmək mümkün olacaq. Digər vaxtlarda isə cihazlar mütləq çantada qalmalıdır.

Ölkənin təhsil naziri Mario Delqado əlavə edib ki, bu addım Meksikanın bütün 32 regionunun təhsil idarəçiləri tərəfindən dəstəklənib. Qərardan əvvəl regional forumlar keçirilib, UNESCO nümayəndələri də daxil olmaqla, mütəxəssislərlə məsləhətləşmələr aparılıb. Həmçinin müəllimlər arasında keçirilən sorğuda onların 81%-i belə bir tənzimləmənin vacibliyini vurğulayıb.

Tətbiq edilən yeni normalar yalnız ibtidai və orta təhsil müəssisələrinə aiddir. Yuxarı siniflərdə isə məktəblər qadcetlərdən pedaqoji məqsədlərlə məsuliyyətli istifadə üçün məhdudiyyətləri müstəqil şəkildə müəyyən edəcəklər. Ali məktəblərdə siyasət rəqəmsal etikanın və tənqidi təfəkkürün formalaşdırılması istiqamətinə yönəldiləcək.

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox