Azedu.az

Şagirdlərin vahid geyim formasında hansı güzəştlərə gərək var?  -  EKSPERT

Şagirdlər

23 Sentyabr 2026, 16:18
Şagirdlərin vahid geyim formasında hansı güzəştlərə gərək var?  -  EKSPERT

"Bəzi şəxslər qəbul edilən məktəbli formaları ilə bağlı konkret və sərt fikirlər bildirərək dövlət ilə vətəndaşı qarşı-qarşıya gətirmək istəyir".

AzEdu.az-a bu fikirləri təhsil mütəxəssisi Ramin Nurəliyev söyləyib. 

O, qeyd edib ki, müvafiq qərarda vahid geyim forması qaydalarında islam dinini yaşayan vətəndaşlar üçün başını örtə bilməz kimi fikirlər qeyd olunmayıb:

"Düşünürəm ki, vahid məktəbli geyim forması ilə bağlı məsələlərdə xüsusi həssaslıqla dini həyat tərzi yaşayan vətəndaşlarımızın etiqadlarına hörmətlə yanaşmalıyıq. Xüsusilə də, bəzi şəxslər və çevrələr bu qərar ilə bağlı konkret və sərt fikirlər bildirərək dövlətlə vətəndaşı qarşı-qarşıya gətirmək istəyir.

Nəzərinizə çatdırım ki, müvafiq qərarda vahid geyim forması qaydalarında islam dinini yaşayan vətəndaşlar üçün başını örtə bilməz kimi fikirlər qeyd olunmayıb. Bu kimi qərarları əsas gətirib həssas insanların damarına basaraq sərt ifadələr verilməsi doğru deyil. "Artıq məktəbdə hicab olmayacaq", "qərar İslam dininə qarşıdır" kimi bəyanatlar verərək sosial şəbəkələrdə təbliğat aparanlar bəzi dairələrə xidmət göstərərək vətəndaşda kin-küdurəti formalaşdırmaq niyyəti daşıyır.

Halbuki, bu kimi vahid geyim formasının tətbiq olunduğu dövlətlərdə bəzi güzəştlərin olduğunu müşahidə edirik. Türkiyədə vahid geyim forması tətbiq olunur, lakin İslam dininə hörmət əlaməti olaraq qızların baş örtüsünə məhdudiyyət tətbiq olunmur.

Vahid məktəbli geyim forması islam dinini yaşayan qızların başının ötməsinə əngəl olmur. Burada geyim forması bütün şagirdlər tərəfindən eyni formanın tətbiq olunmasıdır. Papaq və yaxud baş örtüyü icazəsi yaxud da, məhdudiyyəti qeyd olunmayıb.

Azərbaycan Respublikası dünyəvi dövlətdir, lakin bütün dinin qaydalara hörmətlə yanaşır və müxtəlif dinin nümayəndələrinə konstitusiyaya uyğun olaraq öz dinini yaşamağa icazə verir.

Bu məsələdə məktəb pedoqoji şurasına müvafiq qərar vermə icazəsi verilib.

Unutmayaq ki, qız uşağının baş örtüyü taxması məktəb geyimindən kanara çıxması demək deyil.

Müvafiq qurumların bu mövzuda qərarını gözləməliyik. Qərarda bu barədə açıq qeyd olmadığı halda fikir bildirənlər bəzi həssas vətəndaşlara təsir edərək qarışıqlıq salmaq niyyətindədir.

Vətəndaşlarımıza təmkinli olmağı tövsiyə edirəm".

TƏCİLİ! Rusiyadan Ərdoğana etiraz - Bunu edə bilmərik!
Son xəbərlərDaha çox