14 oktyabr 2026-cı il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan, 15 oktyabr 2026-cı il tarixində isə BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
AzEdu.az xəbər verir ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.