Azedu.az

Dövlət Proqramı məzunları üçün vakansiyalar təqdim olunur

AzEdu Təhsil Platforması

19 Oktyabr 2026, 11:37
Dövlət Proqramı məzunları üçün vakansiyalar təqdim olunur

Bu gün xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilir.

AzEdu.az xəbər verir ki, sərgidə Elm və Təhsil Nazirliyinin stendi də yer alır.

Elm və Təhsil Nazirliyinin İnsan resursları sektorunun əməkdaşı Türkan Cəfərli bildirib ki, onlar Dövlət Proqramı İdarəetmə Qrupunun məzunlar üçün təşkil etdiyi növbəti karyera sərgisində iştirak edirlər.

“Əlbəttə ki, karyera sərgisinin əsas məqsədi məzunların həm özəl, həm də dövlət qurumları ilə daha yaxından tanış olmasıdır. Bu sərgidə qurumların insan resursları nümayəndələri məzunları mövcud vakansiyalarla tanış edir. Məzunlar isə öz CV-lərini təqdim edir, maraqları və karyera hədəfləri barədə qısa məlumat verirlər.

Biz də onları gələcəkdə nəzərdən keçirmək üçün ümumi namizəd bazası çərçivəsində dəyərləndiririk”.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox