Azedu.az

DİM yeni "Təqvim planı"nı təsdiq etdi

Dövlət İmtahan Mərkəzi

19 Oktyabr 2026, 11:37
DİM yeni "Təqvim planı"nı təsdiq etdi

2026/2027-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə "Təqvim planı" Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

Bununla əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil şöbələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunub ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarının təqvim planına uyğun olaraq "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etsinlər.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox