“Hazırda Dövlət Proqramı ilə xaricdə təhsil alan 700-dən çox məzunumuz var”.
AzEdu.az xəbər verir ki, bu sözləri xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisində Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov bildirib.
“İnsan kapitalının neft kapitalından insan kapitalına keçidin təmin edilməsi cənab Prezidentin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir.
Hazırda Dövlət Proqramı ilə xaricdə təhsil alan 700-dən çox məzunumuz var. Bu məzunların ölkəyə qayıtması və burada yüksək ixtisas tələb edən işlərdə fəaliyyətlərini davam etdirmələri məqsədilə müxtəlif vaxtlarda tədbirlər həyata keçirilir.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Məşğulluq Agentliyi ilə birlikdə keçirdiyimiz tədbirin də əsas məqsədi budur. Burada 40-dan çox işəgötürən iştirak edir. Onların arasında özəl və beynəlxalq şirkətlər, eləcə də dövlət qurumları var. Eyni zamanda, sərgidə Dövlət Proqramının 150-dən çox məzunu iştirak edir.
Nəzərə alsaq ki, Dövlət Proqramının əsas şərtlərindən biri dünyanın nüfuzlu universitetlərində təhsil aldıqdan sonra ölkəyə qayıtmaqdır, bu proqram həm də peşəkarlığın inkişafına xidmət edir”.