Azedu.az

Yeni təyin olunan baş nazirin müavininin təhsili - DOSYE

AzEdu Təhsil Platforması

19 Oktyabr 2026, 11:37
Yeni təyin olunan baş nazirin müavininin təhsili - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə, Teymur Yusif oğlu Musayev səhiyyə naziri vəzifəsindən azad edilib. Digər sərəncamla o, Baş nazirinin müavini təyin olunub. 

AzEdu.az Teymur Musayevin təhsilini təqdim edir:

Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.

Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunun nəzdində 1 saylı orta məktəbdə başlayıb, 1981-1987-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbdə davam etdirib. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub və 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü olub. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya Komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.

2013-2015-ci illərdə “Riga International School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili alaraq 2015-ci ilin may ayında “Master of Health Management (Business Executive)” magistr dərəcəsinə yiyələnib.  

Prezidentin 23 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib.

Ölkə baçısının 19 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
19 oktyabr 2026-cı ildə Baş nazirin müavini təyin edilib.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox