Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta ümumtəhsil məktəbinin 11c sinif şagirdləri ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.
AzEdu.az-ın sorğusuna cavab olaraq İdarədən bildirilib ki, məzunlar arasında ən yüksək nəticəni Məmmədxanlı Zəhra göstərib. O, 654 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub.
Məktəbin digər məzunu Əhmədli Mədinə isə 633,3 bal toplayaraq Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq (tədris ingilis dilində) ixtisasına qəbul olub.
Yüksək nəticə göstərən məzunlar arasında Mustafayeva Aysel (614,6 bal) və İsazadə Zəhra (565 bal) da yer alıb. Aysel Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi (tədris ingilis dilində), Zəhra isə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olub.
Məktəb məzunlarının digər qəbul nəticələri belədir:
Ələsgərova Aliyə- 513,9 bal- Bakı Dövlət Universiteti, Filologiya (İngilis dili və ədəbiyyatı üzrə);
Əsədova Şəhla- 505,1 bal- Azərbaycan Dövlət Pedaqoji Universiteti, İngilis dili müəllimliyi;
Tağıyeva Rəvanə- 486 bal- Bakı Mühəndislik Universiteti, Riyaziyyat;
Camallı Yusif- 481,8 bal- UNEC, İqtisadiyyat;
Nəcəfov Məhəmməd- 416 bal- Milli Aviasiya Akademiyası, Aerokosmik mühəndislik;
Qurbanzadə İmran- 408,2 bal- UNEC, Beynəlxalq ticarət və logistika;
Müslümova Xəyalə- 383,5 bal- UNEC, Dövlət və bələdiyyə idarəetməsi;
Məmmədli Kamil- 392,3 bal- Bakı Mühəndislik Universiteti, İnformasiya texnologiyaları;
Məmmədov Orxan- 373,2 bal- Bakı Dövlət Universiteti, Kitabxanaçılıq və informasiya fəaliyyəti;
Məcidzadə Nuray- 327,2 bal- Odlar Yurdu Universiteti, Məktəbəqədər təhsil;
Seyfullazadə Ülviyyə- 318 bal- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Muzey və arxiv işi;
Babayeva Zeynəb- 315,4 bal- Azərbaycan Dövlət Pedaqoji Universiteti, Kimya müəllimliyi;
Rzayev Nihat- 293,8 bal- Sumqayıt Dövlət Universiteti, Proseslərin avtomatlaşdırılması;
Məmmədli Ömər- 261,9 bal- Azərbaycan Memarlıq və İnşaat Universiteti, Yer quruluşu və daşınmaz əmlak kadastrı;
Əsgərov Emil- 225,1 bal- Sumqayıt Dövlət Universiteti, Menecment;
Əliyeva Rövşanə -145,9 bal- Azərbaycan Milli Konservatoriyası, Xanəndəlik.
Beləliklə, İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin 11c sinif məzunları arasında Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, UNEC, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrinə qəbul olunanlar var.
Məzunların nəticələri arasında ən yüksək göstərici 654 bal, ən aşağı göstərilən nəticə isə 145,9 bal olub.