Azedu.az

Yüksək bal toplayanlar bu məktəblərdə oxuyub - Şərqi Zəngəzur üzrə SİYAHI

Şərqi Zəngəzur

21 İyul 2026, 10:23
Yüksək bal toplayanlar bu məktəblərdə oxuyub - Şərqi Zəngəzur üzrə SİYAHI

Şərqi Zəngəzur regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Cəbrayıl rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 662 şagird bitirib, onların 661 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 75 nəfəri 500-dən, o cümlədən 30 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 7 nömrəli və Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbləri daxil edilib. Rayonun ən yaxşı məktəbi sırasında isə K.Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbi yer alıb.

Kəlbəcər rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1112 şagird bitirib, onların 1108 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 90 nəfəri 500-dən, o cümlədən 29 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər siyahısına 56 nömrəli tam orta məktəb daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə 18, 126 və 128 nömrəli tam orta məktəblər qeyd olunub.

Qubadlı rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 788 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 101 nəfəri 500-dən, o cümlədən 32 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Cəlal Həşimov adına Mərdanlı kənd, F.Mehdiyev adına Qaralar kənd, Ə.Əliyev adına Qəzyan kənd, Baba Məmmədov adına Fərcan kənd, Mirağa Əliyev adına Hal kənd, Nadir Ərşadlı adına Dondarlı kənd və Ç.Quliyev adına Çardaxlı kənd tam orta məktəbləri daxil edilib.

Laçın rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1052 şagird bitirib, onların 1046 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 105 nəfəri 500-dən, o cümlədən 35 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər siyahısına Kamallı kənd, 11, 28, 32, 45 və 46 nömrəli tam orta məktəblər daxil edilib.

Zəngilan rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 478 şagird bitirib, onların 474 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 45 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 5, 26 və 28 nömrəli tam orta məktəblər daxil edilib.

Məlumatlardan görünür ki, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Laçın rayonu (105 nəfər) ilk sırada qərarlaşıb. Onu Qubadlı (101 nəfər), Kəlbəcər (90 nəfər), Cəbrayıl (75 nəfər) və Zəngilan (45 nəfər) rayonları izləyib. Regionun bütün rayonlarının məktəbləri respublikanın ən yaxşı məktəbləri siyahısında yer alıb. Ən çox 600-dən yuxarı nəticə göstərən məzun isə Laçın rayonunda (35 nəfər) qeydə alınıb.

Ərdoğana qarşı sui-qəsd cəhdi: Türkiyəli generaldan ŞOK AÇIQLAMA
Son xəbərlərDaha çox