Azedu.az

Sertifikasiya xeyli yüngülləşə bilər - Müəllimlər üçün iki güzəşt təklifi

Müəllimlər və elm adamları

AzEdu Tv

7 Noyabr 2026, 12:45
Sertifikasiya xeyli yüngülləşə bilər - Müəllimlər üçün iki güzəşt təklifi

Təklif edirəm ki, sertifikasiyadan 29-30 bal toplayan, yəni keçid balına cəmi bir-iki balı çatmayan müəllimlər üçün apellyasiya müraciəti haqqı tanınsın.

Bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. 

O, qeyd edib ki,  digər mərhələdə də 51 bal deyil, 48, 49, 50 bal toplayan  35%-lik maaş artımına cəmi bir, iki, hətta üç balı çatmayan müəllimlərə də bu şans verilsin. Düşünürəm ki, bu iki yenilik müəllimlərin də ürəyincə olar.

İnsanıq, ola bilsin ki, həmin bir bal ən yaxşı bildiyimiz sualdakı texniki bir səhvə görə olub. İndi biz həmin texniki səhvə görə beş il gözləməliyikmi? Və həmin 25%-lik artım az məbləğ deyil.

Reallığı nəzərə alaraq bu iki addımı atsaq, düşünürəm ki, müəllimlərin maaş sistemində müsbətə doğru yaxşılaşma olar.

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox