Dünya Bankı Banqladeşdə pre-ibtidai və ibtidai təhsilin keyfiyyətini artırmaq, məktəblərin infrastrukturunu müasirləşdirmək və təlim materiallarını yeniləmək məqsədilə 300 milyon dollar həcmində maliyyə paketini təsdiqləyib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ayrılan maliyyə dəstəyi ölkə üzrə 26 milyondan çox uşağın təhsil aldığı ibtidai məktəbləri əhatə edəcək. Layihə çərçivəsində məktəblərin fiziki imkanlarının yaxşılaşdırılması ilə yanaşı, tədris materiallarının müasir standartlara uyğunlaşdırılması və təhsilin məzmununun yenilənməsi nəzərdə tutulur.