Azedu.az

Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA

AzEdu Təhsil Platforması

8 Noyabr 2026, 12:01
Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 8-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərə - Daşkəsən, Kəlbəcər və Şahdağa isə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 3, Kəlbəcərdə 2 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Maştağada 18, Binədə 12, Bakıda 11, Sumqayıtda 4 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı:

Şahbuz, Sarıbaşda (Qax) 12, Naxçıvan, Ordubad, Sədərək, Zaqatalada 9, Gədəbəy, Ağstafada 8, Şərur, Culfada 7, Xaçmazda 6, Qubada 5, Qusar, Balakəndə 4, Lerikdə 3, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Nefçalada 2, Naftalan, Ceyrançöl, Şəki, Oğuz, Şamaxı, Qobustan, Xızı, Xaltan, Qrız,Tərtər, Bərdə, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Şabran, Sabirabad, Saatlı, Ağdam, Goranboy, Biləsuvar, Astara, Yardımlıda 1 mm-dir.

Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə də arabir yağış yağıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Mingəçevirdə 28, Bakıda və Abşeron yarımadasında 26, Goranboyda 23, Naftalanda 22, Şabran, Tərtərdə 18 m/s-dək güclənir.

Şərur, Daşkəsən, Göygöl, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox