Azedu.az

Yaponiyada müəllimlik peşəsinə qəbul asanlaşır: Yeni sistem hazırlanır

Xarici təhsil

21 Noyabr 2026, 11:31
Yaponiyada müəllimlik peşəsinə qəbul asanlaşır: Yeni sistem hazırlanır

Yaponiya hökuməti müəllim çatışmazlığının qarşısını almaq məqsədilə pedaqoji kadrların hazırlanması qaydalarını dəyişməyi planlaşdırır. Yeni təklifə əsasən, ali təhsilli şəxslər birillik xüsusi proqram vasitəsilə müəllimlik lisenziyası əldə edə biləcəklər.

AzEdu.az Yaponiya mətbuatına istinadən xəbər verir ki, yeni mexanizm müxtəlif ixtisaslar üzrə ali təhsil almış şəxslərin müəllimlik peşəsinə cəlb edilməsini nəzərdə tutur. Proqram çərçivəsində tələb olunan bəzi kreditlərin azaldılması, məktəblərdə praktiki hazırlığın təşkili və iştirakçılara ödəniş edilməsi planlaşdırılır.

Qeyd edək ki, Yaponiyada 2024-cü maliyyə ilində müəllimlərin işə qəbulu zamanı hər vakant yerə düşən namizəd sayı 2,9-a enib. Bu göstərici müəllim çatışmazlığı problemini daha da aktuallaşdırıb.Yeni sistemin 2030-cu maliyyə ilindən tətbiqi nəzərdə tutulur.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox