Azedu.az

Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı YENİLİK

Xarici təhsil

16 Oktyabr 2026, 11:29
Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı YENİLİK

Hazırda gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslər dövlət qulluğuna imtahansız qəbul olunurlar, bu, yerində verilmiş qərar idi.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iclasında Dövlət Qulluğu Məcəlləsinin layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

“Bu məsələnin bir hissəsi yeni Məcəllədə əksini tapır. Amma xaricdə təhsil alan şəxslər artıq dövlət qulluğunda irəliləmək üçün müsahibə mərhələlərindən keçəcəklər”, – deyə komitə sədri qeyd edib.

TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr
Son xəbərlərDaha çox