Azedu.az

Müəllimlər belə geyinməlidir - Dizdən aşağı ətək, klassik ayaqqabı...

Müəllimlər və elm adamları

7 Oktyabr 2026, 10:16
Müəllimlər belə geyinməlidir - Dizdən aşağı ətək, klassik ayaqqabı...

Azərbaycan Respublikasının Nazirlər Kabinetindən verilən məlumata görə, təhsilverənlərin geyimi ilə bağlı tələblər müəyyən edilib.

AzEdu.az xəbər verir ki, yeni tələblərə əsasən, müəllimlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı isə məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilə bilər.

Qaydalara əsasən, kişi təhsilverənlər üçün sərbəst kəsimli klassik üslublu dəst - pencək və şalvar, uzunqol və ya qısaqol birrəngli, zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək nəzərdə tutulur. Müəllimin istəyindən asılı olaraq qalstuk, eləcə də köynəyin üzərindən klassik üslubda sviter, pulover və ya jilet geyinilə bilər. Kişi təhsilverənlər üçün klassik ayaqqabı da tələb olunur.

Qadın təhsilverənlər üçün isə pencək və şalvar, pencək və ətək, yaxud pencək və don formasında sərbəst kəsimli klassik dəst müəyyən edilib. Ətək və donun uzunluğu diz xəttində və ya dizdən aşağı olmalıdır. Həmçinin uzunqol və ya qısaqol birrəngli, zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya koftadan istifadə nəzərdə tutulur. Qadın müəllimlər üçün də klassik ayaqqabı tələbi qoyulub.

Tələblərdə qeyd olunur ki, geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane olmamalıdır.

Bundan əlavə, müəllimlər əmək funksiyalarını yerinə yetirərkən məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan geyimlərdən, eləcə də müəyyən edilmiş geyim üslubuna uyğun gəlməyən geyimlərdən istifadə etməməlidirlər.

//nk.gov.az/az/senedler/qerarlar/dovlet-umumi-tehsil-muessisesinde-tehsilverenler-u-9812?fbclid=IwY2xjawUywZ1leHRuA2FlbQIxMABwZG9mAWJyaWQRMXF2bEZ3cEtiZFFMMXVFekZzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEenymbQK94kbLhJjKYfx75GLUiO3GP0bqG3X289UWJ0EYVgq7UCYiGqRt3_gE_aem_y8ZhOV1VrIjwBj7KfNdQDQ

TƏCİLİ! Gərginlik artdı - Türkiyə ordusu hərəkətə keçdi
Son xəbərlərDaha çox