Lənkəran Dövlət Universitetində (LDU) Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş xüsusi seminar keçirilib. Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbir şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AzEdu.az xəbər verir ki, seminarı açan LDU-nun prorektoru, dosent Ramiz Şəmmədov multikulturalizm
ideyalarının və mədəniyyətlərarası harmoniyanın təşviqində bu cür qlobal forumların
müstəsna rolunu vurğulayıb.
Daha sonra kafedra müdirləri, dosent Kamal Mahmudov və dosent Qədim Rufullayev məruzə ilə çıxış ediblər. Çıxışlarda mədəniyyətlərarası dialoqun elm, təhsil və gənclər siyasətindəki rolu, Azərbaycanın multikulturalizmdəki tarixi missiyası və bədii ədəbiyyatın ümummədəni müxtəlifliyə verdiyi töhfələr geniş təhlil olunub.