Azedu.az

“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir

AzEdu Təhsil Platforması

29 Oktyabr 2026, 16:00
“TikTok”, “Instagram” və “Snapchat”a yaş məhdudiyyəti gəlir

Böyük Britaniyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qaydanın gələn ilin martında qüvvəyə minəcəyi gözlənilir.

AzEdu.az BBC-yə istinadən xəbər verir ki, ölkənin rabitə və media tənzimləyicisi "Ofcom" istifadəçilərin yaşını müəyyənləşdirmək üçün dörd effektiv yoxlama üsulu təklif edib.

Qadağanın “Instagram”, “TikTok” və “Snapchat” daxil olmaqla, ən böyük 10 sosial media platformasına şamil edilməsi nəzərdə tutulur. 

"Ofcom" yaşın yoxlanılması üçün fotoşəkilli şəxsiyyət sənədinin canlı görüntü ilə müqayisəsini, bank məlumatlarından istifadəni, üz cizgiləri əsasında yaşın təxmin edilməsini və rəqəmsal şəxsiyyət təsdiqi xidmətlərini tövsiyə edib.

Tənzimləyici qurumun rəhbəri Melani Douz bildirib ki, yaş yoxlaması istifadəçilərin məxfiliyini və şəxsi məlumatlarını qorumalıdır. Yoxlama üsulunun seçilməsi isə sosial şəbəkə şirkətlərinin öhdəsinə buraxılacaq.

Bəzi texnologiya şirkətləri yaş məhdudiyyətinin cihaz səviyyəsində tətbiqini, yəni yetkinlik yaşına çatmayanların sosial şəbəkə tətbiqlərini yükləməsinin qarşısının alınmasını təklif edirlər. Lakin "Ofcom" hesab edir ki, bu yanaşma sosial şəbəkələri öz yoxlama mexanizmlərini tətbiq etmək öhdəliyindən azad etməyəcək.

Qurum yaş yoxlamalarının bütün hallarda uşaqların qaydaları pozmasının qarşısını ala bilməyəcəyini də etiraf edib. Avstraliyada oxşar qadağanın tətbiqindən sonra bəzi uşaqların məhdudiyyəti keçməyin yollarını tapdığı bildirilir.

"Ofcom"un təklifləri hazırda hökumət tərəfindən nəzərdən keçirilir. Qərarın ilin sonunadək verilməsi gözlənilir.

SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələrolacaq?
Son xəbərlərDaha çox