Azedu.az

Dərs demək üçün yazılı razılıq tələb oluna bilər

Elm və təhsil

25 Sentyabr 2026, 11:12
Dərs demək üçün yazılı razılıq tələb oluna bilər

Dövlət qulluqçularının pedaqoji fəaliyyətlə məşğul olması üçün çalışdıqları dövlət orqanının rəhbərindən yazılı razılıq alması nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bu müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində yer alıb.

Hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” qanunda pedaqoji fəaliyyət üçün dövlət orqanı rəhbərinin icazəsi tələb edilir. Yeni layihədə isə razılığın yazılı formada olması göstərilir. Layihəyə əsasən, dövlət qulluqçusu rəhbərin yazılı razılığı ilə elmi fəaliyyətlə də məşğul ola bilər.

Dövlət qulluqçusunun qulluq müddətində sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmasına məhdudiyyət nəzərdə tutulur. Layihədə dövlət orqanında müvəqqəti əvəzetmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası ilə bağlı istisnalar da göstərilib.

Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox