Azedu.az

Uşaq evlərindən 28 gənc tələbə oldu

Tələbələr

17 Sentyabr 2026, 12:09
Uşaq evlərindən 28 gənc tələbə oldu

Bu il uşaq evi sosial xidmət müəssisələrinin 28 sakini tələbə adını qazanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin uşaq evlərində böyüyən həmin gənclərdən 2 nəfəri ali təhsil müəssisələrində (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Lənkəran Dövlət Universiteti), 26 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsil alırlar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən 39 uşaq bu il birinci sinfə gedib.

Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir?
Son xəbərlərDaha çox