Azedu.az

Moskvada ali məktəb tələbələri və əməkdaşları ikinci gündür təxliyə edilirlər

Tələbələr

26 Sentyabr 2026, 09:10
Moskvada ali məktəb tələbələri və əməkdaşları ikinci gündür təxliyə edilirlər

Moskvada ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və əməkdaşlarının təxliyəsi ikinci gündür davam edir.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 24-də və 25-də Moskvanın azı 14 təhsil müəssisəsində təxliyə həyata keçirilib. Əksər hallarda baş verənlərlə bağlı rəsmi səbəb açıqlanmayıb. Bununla yanaşı, bir sıra ali məktəblərdə partlayış təhlükəsi barədə anonim məlumatların daxil olduğu bildirilib.

Ötən gün Xamovniki rayonunda Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin kollecinin tələbə və əməkdaşları təxliyə edilib. D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində və Rusiya Teatr Sənəti İnstitutunda (GİTİS) da təxliyə həyata keçirilib. Rusiya Kimya-Texnologiya Universitetində dərslər ləğv olunub, universitetin ərazisində polis əməkdaşları və fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyib. Daha sonra Rusiya Kimya-Texnologiya Universiteti və GİTİS fəaliyyətini bərpa edib.

Anonim məlumat daxil olduqdan sonra Moskva Dövlət Psixologiya-Pedaqogika Universitetində tələbələr distant təhsilə keçirilib. Mümkün təhlükə barədə məlumat Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Federal Təhlükəsizlik Xidmətinə ötürülüb.

Moskva Politexnik Universitetində saat 14:30-dan sonra dərslər ləğv edilib. Dövlət Maarif Universitetindən, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetindən, A.N.Kosıgin adına Rusiya Dövlət Universitetindən, Müasir İncəsənət İnstitutundan, Moskva Beynəlxalq Universitetindən, Ümumrusiya Xarici Ticarət Akademiyasından, Kino və Televiziya İnstitutundan, həmçinin Moskva Dövlət İdman və Turizm Universitetinin beş kampusunun hamısından da təxliyə barədə məlumatlar daxil olub.

Bu gün də təxliyələr davam edib. Gecə saatlarında Rusiya Xalqlar Dostluğu Universitetinin yataqxanasından insanlar çölə çıxarılıb. Səhər saatlarında Aviamatornaya küçəsində yerləşən Moskva Texniki Rabitə və İnformatika Universitetinin korpusundan tələbələr təxliyə edilib. Moskva Texniki Rabitə və İnformatika Universitetindən bildirilib ki, təxliyə təhlükə barədə məlumat daxil olduqdan sonra təhlükəsizlik məqsədilə həyata keçirilib. Hazırda binada xüsusi xidmətlərin əməkdaşları tərəfindən yoxlama aparılır.

Moskva Dövlət İdman və Turizm Universitetində dərslər yenidən ləğv edilib, universitetə gələn tələbələr evə göndərilib. Mıtışşidəki Dövlət Maarif Universitetinin tələbələri də təxliyə barədə məlumat veriblər.

Beləliklə, iki gün ərzində Moskvanın azı 14 təhsil müəssisəsini təxliyə dalğası əhatə edib. Ali məktəblərin əksəriyyəti təxliyənin səbəblərini rəsmən açıqlamır. Bir sıra təhsil müəssisələrində yoxlamalar başa çatdıqdan sonra fəaliyyət bərpa edilib.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox