Azedu.az

Türkiyədə 197 azərbaycanlı gənc təhsil alır

Tələbələr

16 Sentyabr 2026, 11:28
Türkiyədə 197 azərbaycanlı gənc təhsil alır

2022/2028-ci illəri əhatə edən xaricdə təhsil proqramı üzrə Türkiyədə 197 azərbaycanlı gənc təhsil alır.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, həmin gənclər Türkiyənin 11 aparıcı universitetində təhsil alırlar:

"Hazırda gənclərimiz Türkiyədə bakalavr və magistr üzrə təhsil alır. 2007/2015-ci illərdə isə 327 gənc Türkiyənin 20 aparıcı universitetində təhsil alıb".

Nazir müavini həmçinin bildirib ki, TAU-da texnologiya sahəsində ixtisaslar da ön plandadır:

"Dünyada 4 milyondan çox robot, 600 mindən çox robortlaşdırılmış sistemlər mövcuddur. Buna hazır olmaq lazımdır. Bu səbəbdən müasir texnologiyaların inkişafı, süni intellektlə bağlı ixtisaslara xüsusi üstünlük verilir".

İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçalandı
Son xəbərlərDaha çox