Türkiyənin Mardin şəhərində 5 yaşlı Mehmet Selim Baran oyuncağın boğazına düşməsi nəticəsində həyatını itirib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə avqustun 26-da baş verib. Boğazına oyuncaq düşən uşaq ilkin müdaxilədən sonra xəstəxanaya göndərilib.
Reanimasiya şöbəsində müalicə olunan uşaq həkimlərin səylərinə baxmayaraq, 20 gün sonra vəfat edib.