Azedu.az

Konqoda 2 məktəb yandı - 21 şagird həlak oldu

Hadisə

11 Sentyabr 2026, 09:08
Konqoda 2 məktəb yandı - 21 şagird həlak oldu

Konqonun Bukavu şəhərində yerləşən iki məktəbdə güclü yanğın baş verib.

AzEdu.az xəbər verir ki, hadisə nəticəsində azı 21 şagird həlak olub, çoxlu sayda insan ağır yaralanıb.

Ölkənin Təhsil Nazirliyindən bildirilib ki, “Furaah” və “Ujamaa” məktəblərində qeydə alınan faciədə həlak olanların 15-i alovdan qaçarkən yaranan basırıq nəticəsində dünyasını dəyişib. Yaralananların bir hissəsinin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik tələfat sayının artacağını istisna etmir.

Yanğının başvermə səbəbləri araşdırılır.

 






Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir
Son xəbərlərDaha çox