Azedu.az

"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?

AzEdu Təhsil Platforması

14 Sentyabr 2026, 14:12
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?

Ötən gün təhsil institutu şagirdlərin riyaziyyatdan çətinlik çəkdiyi mövzuları açıqladı.  

Bildirildi ki, 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə nəticələri məzmun xətləri əsasında da təhlil edilib. Nəticələrə əsasən, şagirdlər ədədlər və əməllər, həmçinin cəbr və funksiyalarla bağlı tapşırıqları daha yaxşı cavablandırırlar.

Bildirilib ki, həndəsə və ölçmə məzmun xətti üzrə isə şagirdlərin nəticələri daha aşağıdır. Xüsusilə həndəsi fiqurların sahəsi və perimetri ilə bağlı tapşırıqlar ən çətin suallar sırasında yer alıb. Belə tapşırıqlarda düzgün cavablandırma faizi 38 faiz təşkil edib.

Maraqlıdır, ibtidai sinif müəllimlərinin riyazi savadlılığı və xüsusilə həndəsənin tədrisi üzrə pedaqoji bacarıqları  nəticələrə təsir göstərir?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən riyaziyyat üzrə fəlsəfə doktoru, elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, xüsusi riyazi biliklər çərçivəsində cəbr və həndəsə istiqamətində şagirdlərin bilikləri həmişə fərqlənir:

189242

"Şagirdlərin xüsusi riyazi bilikləri, oxuyub-anlaması və təfəkkürü müxtəlif datalarla müqayisə olunur, təhlil edilir. Bu, növbəti illərdə nəticə çıxarmaq və proqram qurmaq üçün çox əlverişli vasitədir.

Xüsusi riyazi biliklər çərçivəsində cəbr və həndəsə istiqamətində şagirdlərin bilikləri həmişə fərqlənir. Bunun ilk növbədə əsas səbəbi odur ki, cəbri öyrənmək həndəsəni öyrənməkdən kifayət qədər asandır və tez başa gəlir. Həndəsədə isə fəza təsəvvürləri, ölçmə materialları və digər anlayışları hər bir şagirddə formalaşdırmaq nisbətən çətin olur. Məsələn, sinifdə 25 şagird varsa, onların içərisində cəbri yaxşı bilənlərin sayı 10 nəfər olursa, həndəsəni bilənlərin sayı cəmi 1-2 nəfər olur.

Şagirdlər həndəsənin qavranılması cəbrə nisbətən çətin olduğu üçün buna az vaxt ayırırlar və daha çox cəbrə köklənirlər. Lakin həndəsə düzgün şəkildə təsvir edilsə və vizual göstərilsə, daha maraqlı olar, həyati bilikləri daha dərin qavramağa kömək edər. Biz de bu istiqamətdə həndəsənin öyrədilməsi üçün maraqlı addımlar atırıq".

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox