Azedu.az

Yeniyetməni "KamAz" vurub

Hadisə

13 Sentyabr 2026, 09:10
Yeniyetməni "KamAz" vurub

Bərdə-Yevlax yolunda qəza baş verib.

AzEdu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “KamAz” markalı yük avtomobili yolu keçən 2009-cu il təvəllüdlü Əsədov Şamxal Nəsir oğlunu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı Ş.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ermənilər təşvişə düşdü: Sərhəddə nə baş verir?
Son xəbərlərDaha çox