Azedu.az

Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək

AzEdu Təhsil Platforması

12 Sentyabr 2026, 09:06
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək

Azərbaycan və Meksika universitetləri arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

AzEdu.az xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalero Şuşada, ölkəsinin Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbuldakı çıxışında bildirib. Səfirin sözlərinə görə, bu ilin əvvəlində iki ölkənin universitetləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Diplomat tərəfdaşlıqda maraqlı olan digər ali təhsil müəssisələrinin də artıq müəyyənləşdirildiyini və yaxın vaxtlarda birgə layihələrin yekunlaşacağına ümid etdiyini vurğulayıb.

Diplomat Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) uğurla ev sahibliyi etdiyini də vurğulayıb. Bildirib ki, Forumun növbəti ev sahibi Meksika olacaq və tədbir 2028-ci ildə Mexiko şəhərində keçiriləcək.

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox