Azedu.az

BMU tələbəsi “SmarTech-I” müsabiqəsinin qalibi olub

Ali təhsil

11 Sentyabr 2026, 17:00
BMU tələbəsi “SmarTech-I” müsabiqəsinin qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya” ixtisası üzrə III kurs tələbəsi Şəhla Məmmədova “SmarTech-I” - “Yaşıl və Ağıllı Gələcək Naminə İnnovasiyalar Müsabiqəsi”nin final mərhələsində I yerə layiq görülüb.

AzEdu.az xəbər verir ki, Şəhla Məmmədovanın ekoloji davamlılığın təmin edilməsi və tullantıların  azaldılmasına yönəlmiş “VivaLina” startap ideyası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Şəxsi gigiyena məhsullarının ətraf mühitə təsirinin azaldılmasını hədəfləyən layihə innovativ və dayanıqlı həll yanaşması ilə seçilib. Müsabiqə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxsinin təşkilatçılığı ilə gənclərin innovativ düşüncəsini, texnoloji bacarıqlarını və davamlı inkişaf sahəsində potensialını dəstəkləmək məqsədilə keçirilib.

Qeyd edək ki, BMU Texnoparkının rezidenti olan “VivaLina” startapı müxtəlif təlim və mentorluq proqramlarına qoşulmaqla inkişaf edib.

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox