Azedu.az

Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR

Sertifikasiya

Məktəbəqədər təhsil

18 May 2026, 16:13
Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR

Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bağça müəllimlərinin sertifikatlaşdırılmasının oktyabrda təşkili planlaşdırılır.

AzEdu.az-ın “Təhsil haqqında” qanuna istinadən verdiyi xəbərə görə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər hər 5 ildən bir sertifikatlaşdırmadan keçəcəklər.

Qanuna əsasən, bağçalarda fəaliyyət göstərən aşağıdakı şəxslər sertifikatlaşdırmadan azad olunurlar:

- hamilə qadınlar;

- uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sonra 1 ildən az müddətdə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

- ilk dəfə işə qəbul olunan şəxslər (3 il müddətində)

- üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya uğur qazana bilməyən şəxslərin iş yeri 1 il müddətində saxlanılmaqla onların təkrar sertifikatlaşdırmada iştirak hüququ olacaq.

Təkrar sertifikatlaşdırmadan keçə bilməyən bağça müəllimlərinin isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsinə xitam veriləcək.

Bağça müəllimlərinin sertifikasiyasından sonra əməkhaqqıya tətbiq olunacaq faiz əlavələri ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox