Azedu.az

M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

AzEdu Təhsil Platforması

11 Sentyabr 2026, 17:38
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, AYNA-nın dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.

AzEdu.az xəbər verir ki, metronun "Elmlər Akademiyası" və "Nizami" stansiyalarıdan "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Məlumata görə, avtobusların "Elmlər Akademiyası" metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox