Azedu.az

Xərçəng riskini artıran əsas vərdişlər açıqlanıb

Maraqlı

12 Sentyabr 2026, 09:51
Xərçəng riskini artıran əsas vərdişlər açıqlanıb

Rusiyalı cərrah və onkoloq Yaroslav Kolosovski onkoloji xəstəliklərin yaranma ehtimalını artıran üç ən geniş yayılmış vərdişi açıqlayıb. Mütəxəssisin sözlərinə görə, həyat tərzində müvafiq dəyişikliklər etməklə dünyada qeydə alınan xərçəng hallarının 40%-ə qədərinin qarşısını almaq mümkündür.

AzEdu.az Lenta.ru-ya istinadən xəbər verir ki, həkim ən çox tanınan risk faktorlarından biri kimi tütün çəkməyi qeyd edib.

O xatırladıb ki, tütün tüstüsünün tərkibində 43 məlum kanserogen maddə mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, siqaret çəkmək bədxassəli şişlərin 12 fərqli formasının inkişaf riskini yüksəldir.

Statistikaya əsasən, qeyri-sağlam qidalanma onkoloji xəstəliklərin 35%-ə qədərinə səbəb olur.

Onkoloq vurğulayıb ki, kolbasa, bekon, sosiska kimi məhsulların, eləcə də tərkibində yüksək miqdarda duz, şəkər və konservantlar olan qidaların müntəzəm istehlakı mədə, yoğun bağırsaq və mədəaltı vəzi xərçəngi ehtimalını artırır.

Qeyd olunur ki, saat 10:00-dan 16:00-dək günəş altında uzun müddət qalmaq və solyariuma tez-tez getmək melanoma və digər dəri xərçəngi növlərinin yaranmasının əsas səbəblərindən hesab olunur.

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox