"Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram".
AzEdu.az xəbər verir ki, bu sözləri sabiq Təhsil Naziri Misir Mərdanov öz sosial şəbəkə hesabında paylaşıb.
"Bir neçə gün əvvəl “Pozan Media TV”dən mənimlə əlaqə saxlayaraq müsahibə verməyimi xahiş etdilər. Müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətimi bildirdim. Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.
Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir.
Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram".