Azedu.az

Şagirdlər üçün süni intellekt qadağan edildi

Maraqlı

9 Sentyabr 2026, 15:31
Şagirdlər üçün süni intellekt qadağan edildi

ABŞ-nin ən böyük məktəb sistemi olan Nyu-York şəhər dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin generativ süni intellekt alətlərindən istifadəsi bir il müddətinə qadağan olunub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalar 2026-2027-ci tədris ilindən qüvvəyə minəcək və təxminən 600 min şagirdi əhatə edəcək.

Qərara əsasən, ibtidai və orta məktəb şagirdləri ChatGPT və digər generativ süni intellekt proqramlarından istifadə edə bilməyəcəklər. 

Şəhər rəhbərliyi hesab edir ki, uşaqların öyrənmə prosesində müəllimlə ünsiyyət, müstəqil düşünmə və problem həll etmə bacarıqları əsas rol oynamalıdır. Buna görə də süni intellektdən istifadənin onların inkişafına təsiri bir il ərzində araşdırılacaq. 

Yeni qaydalara görə, lisey şagirdləri üçün məhdud sayda pilot proqramlar tətbiq ediləcək, həmçinin onlara süni intellekt savadlılığı üzrə xüsusi dərslər keçiriləcək. Müəllimlərin isə dərs planlaşdırılması kimi işlərdə AI-dən istifadə etməsinə icazə veriləcək. 

Qeyd edək ki, bu qərar ABŞ məktəblərində süni intellektlə bağlı tətbiq olunan ən sərt məhdudiyyətlərdən biri hesab olunur.

Türkiyə müharibəyə girə bilər - ŞOK AÇIQLAMA
Son xəbərlərDaha çox