Azedu.az

Qızlar riyaziyyatda niyə oğlanları üstələdi? - Nazir səbəbləri açıqladı

AzEdu Təhsil Platforması

9 Sentyabr 2026, 10:50
Qızlar riyaziyyatda niyə oğlanları üstələdi? - Nazir səbəbləri açıqladı

"Qızların daha yüksək nəticə göstərməsinin səbəblərindən biri onların təhsilinə daha çox diqqət ayrılması və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində görülən işlərin nəticəsi ola bilər".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda qız şagirdlərin riyaziyyat üzrə nəticələri oğlanların göstəricilərindən daha yüksəkdir. Onun sözlərinə görə, bu, dünya üzrə mövcud tendensiyadan fərqlənir. Qlobal miqyasda isə riyaziyyat üzrə oğlanların nəticələri adətən daha yüksək olur.

E.Əmrullayev bildirib ki, Azərbaycanda həm qızların, həm də oğlanların nəticələri yüksəlib. Lakin qızların göstəricilərindəki artım daha çox olduğundan onlar oğlanları qabaqlayıblar.

“Biz demirik ki, oğlanların nəticəsi azalıb, qızların nəticəsi artıb. Hər ikisinin nəticəsi yüksəlib. Amma oğlanların nəticələri daha az artıb, qızların nəticəsi isə o qədər yüksəlib ki, onları keçib”, – deyə nazir vurğulayıb.

Nazirin sözlərinə görə, qızların daha yüksək nəticə göstərməsinin səbəblərindən biri onların təhsilinə daha çox diqqət ayrılması və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində görülən işlərin nəticəsi ola bilər.

O qeyd edib ki, bu məsələnin dəqiq səbəblərini müəyyənləşdirmək üçün daha geniş elmi araşdırmalara ehtiyac var.

“Bu, Azərbaycan üçün kifayət qədər maraqlı reallıqdır və daha geniş araşdırma tələb edir”, – deyə E.Əmrullayev əlavə edib.

TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi
Son xəbərlərDaha çox