Azedu.az

Ali məktəbə qəbulda YENİLİK - İmtahan sualları belə dəyişəcək

Təhsil Nazirliyi

4 Sentyabr 2026, 11:23
Ali məktəbə qəbulda YENİLİK - İmtahan sualları belə dəyişəcək

"DİM imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər".

AzEdu.az xəbər verir ki, PISA beynəlxalq qiymətləndirməsi ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev media nümayəndələrinin sualını cavablayarkən qeyd edib.

O, bildirib ki, qiymətləndirmə sistemi təhsil prosesinin istiqamətinə birbaşa təsir göstərir:

"Belə bir qəbul olunmuş yanaşma var ki, nəyi ölçürsənsə, sistem də ona yönəlir. Universitetlərə qəbul və buraxılış imtahanları nəyə fokuslanırsa, məktəblərin müəllimləri və şagirdləri də istər-istəməz diqqətlərini həmin istiqamətə artırmağa məcbur olurlar",- deyə 

Elnur Əliyev qeyd edib. Onun sözlərinə görə, bu, yalnız Azərbaycana xas problem deyil və dünyanın müxtəlif ölkələrində də müşahidə olunur.

Elnur Əliyev bildirib ki, Azərbaycanda artıq bir neçə ildir bacarıq əsaslı qiymətləndirmələr həyata keçirilir. Elm və Təhsil Nazirliyinin tapşırığı ilə IV siniflərdə şagirdlərin oxu və riyazi bacarıqları üzrə monitorinqlər keçirilir.

Nazir müşaviri qeyd edib ki, həmin şagirdlərin bir hissəsi 2029-cu ildə 15 yaşa çatacaq və onların PISA nəticələrini əvvəlki illərdəki 15 yaşlı şagirdlərin nəticələri ilə müqayisə etmək mümkün olacaq.

Elnur Əliyev Dövlət İmtahan Mərkəzinin də son dövrlərdə PISA tipli, bacarıq əsaslı tapşırıqlar istiqamətində fəaliyyətlərə başladığını bildirib. Onun sözlərinə görə, gələcəkdə bu yanaşmanın DİM imtahanlarında da əksini tapması gözlənilir.

SON DƏQİQƏ! Rusiya bombalanır - Dəhşətli partlayışlar
Son xəbərlərDaha çox