"Aleksandr Şarovski ömrünün 50 ildən artığını Azərbaycan teatrına sərf edib".
AzEdu.az xəbər verir ki, bunu bu gün Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti, rejissor Aleksandr Şarovski ilə vida mərasimində mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, Azərbaycanın teatr tarixində öz dəst-xəti olan Şarovskinin vəfatı Azərbaycan mədəniyyətinə böyük itkidir:
"O, həyatını Azərbaycan teatrına, Azərbaycan mədəniyyətinə həsr edib. Onun fəaliyyəti ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirib. Birinci vitse-prezident Mehriban Əliyeva da Şarovskini hər zaman diqqətdə saxlayıb.
Şarovski hər zaman Azərbaycan incəsənətində xatırlanacaq. Azərbaycan mədəniyyətinə böyük itki üz verib. Biz həmişə Şarovskinin xatirəsini əziz tutacağıq".