Azedu.az

Alimlər bir milyondan çox insanın gözlənilməz ölüm səbəbini açıqlayıblar

Maraqlı

9 Sentyabr 2026, 09:45
Alimlər bir milyondan çox insanın gözlənilməz ölüm səbəbini açıqlayıblar

Tütün tüstüsünə məruzqalma (passiv siqaretçəkmə) 2023-cü ildə 1.6 milyondan çox insanın vaxtından əvvəl ölümünə səbəb olub.

AzEdu.az xəbər verir ki, bu barədə "The Lancet" jurnalında dərc olunan tədqiqatda bildirilir.

Alimlər 1990-2023-cü illər ərzində 204 ölkə və ərazidə tütün tüstüsünə məruzqalma dərəcəsini və bununla bağlı xəstəlik yükünü təhlil ediblər.

Məlum olub ki, 2023-cü ildə 2.7 milyard insan, o cümlədən 0-14 yaş arası 767 milyon uşaq passiv siqaretçəkmənin təsirinə məruz qalıb. Təhlilə əsasən, bu hal 1.66 milyon insanın vaxtından əvvəl ölümünə, habelə əlilliyə və xəstəliklərə, xüsusilə ürəyin işemik xəstəliyinə gətirib çıxarıb.

Həmçinin qeyd olunur ki, passiv siqaretçəkmə uşaqlar arasında 5.2 milyon tənəffüs yolu infeksiyası halına səbəb olub.

TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi
Son xəbərlərDaha çox