2025/2026-cı tədris ili başa çatıb. Hər il olduğu kimi, bu il də yüzlərlə tələbə ali məktəblə vidalaşaraq məzun adını qazanıb. Onların arasında təhsilini fərqlənmə diplomu ilə başa vuranlar da yer alır.
Bəs, bu il neçə tələbə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub?
Mövzu ilə bağlı AzEdu.az Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA) sorğu ünvanlayıb.
Akademiyadan bildirilib ki, 2025/2026-cı tədris ilində ümumilikdə 13 məzun fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. Onlardan 12 nəfəri bakalavriat, 1 nəfəri isə magistratura səviyyəsinin məzunudur.
2026-cı ildə DGKA-nı bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirən məzunlar:
Əhmədova Əminə Seymur qızı (Hüquqşünaslıq);

Əmənova Leyla Kamran qızı (Hüquqşünaslıq);

Vəlizadə Aişə İlqar qızı (Hüquqşünaslıq);

Gözəlova Aybəniz Sərdar qızı (Hüquqşünaslıq);

Əlicanova Ləman Elman qızı (Hüquqşünaslıq);

Həsənxanlı Zaur Sərvaz oğlu (İqtisadiyyat);

İsmayılov Toğrul Rizvan oğlu (Beynəlxalq ticarət və logistika);

Quliyev Rəvan Ehdibar oğlu (Beynəlxalq ticarət və logistika);

Əlizadə Məhəmmədəli Mahir oğlu (Beynəlxalq ticarət və logistika);

Ağayev Elman Elçin oğlu (Beynəlxalq ticarət və logistika);
Mehdiyeva Jalə Eynur qızı (Beynəlxalq ticarət və logistika);

Xaniyev Qurban Xanov oğlu (İnformasiya təhlükəsizliyi).

2026-cı ildə DGKA-nı magistratura səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirən məzun:
Qədirova Firuzə Zaur qızı (Hüquqşünaslıq).
