Azedu.az

Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib

Müəllimlər və elm adamları

8 Sentyabr 2026, 12:53
Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib

"Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələri ilə bağlı keçirilən tədbirdə qeyd edib.

Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırılması və işə qəbulunda aparılan dəyişikliklərin təhsil sisteminin nəticələrinə təsirinin tam şəkildə qiymətləndirilməsi üçün müəyyən zaman tələb olunur.

Onun sözlərinə görə, xüsusilə riyaziyyat və təbiət elmləri üzrə müəllimlərin peşəkar inkişafı şagirdlərin nəticələrinin yaxşılaşdırılmasına təsir göstərə bilər.

"Riyaziyyat müəllimlərinin sertifikasiya nəticələri də yadınızdadır. Müəllimlərin 50 faizindən çoxu yüksək nəticə göstərmişdi. Riyaziyyat müəllimlərinə ibtidai təhsildən daha yaxşı imkanlar yarada bilsək, daha böyük hissəyə təsir edə və nəticələr əldə edə bilərik".

Nazir qeyd edib ki, son illərdə müəllim heyətinin yenilənməsi də təhsil sistemində mühüm dəyişikliklərdən biridir:

"Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib. Yəni müəllimlərin 20 faizindən çoxu sistemdən çıxıb və onların yerinə yeni müəllimlər gəlib. Bu, kifayət qədər böyük rəqəmdir.

Müəllimlərin işə qəbulu zamanı yüksək nəticə göstərən gənclərin sistemə daxil olması uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər.

"Biz sistemə yanaşdıqda bunun təsirini 10 il sonra görəcəyik. Sistem üçün bu yaxşıdır, fərd üçün isə ola bilsin ki, müəyyən mənada neqativdir. Amma müəllimlərin işə qəbulunda yüksək bal toplayan gənclər məktəblərə gəlirlər".

Zəngəzuru vuracağıq! - İrandan SƏRT ULTİMATUM
Son xəbərlərDaha çox