Azedu.az

Etibar Quliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub

AzEdu Təhsil Platforması

8 Sentyabr 2026, 21:26
Etibar Quliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub

Sentyabrın 8-də Naxçıvanda keçirilən təhsil işçilərinin Sentyabr konfransı çərçivəsində Şərur Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Etibar Quliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Etibar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Mükafat Etibar Quliyevə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov tərəfindən təqdim olunub.

Qeyd edək ki, medal dövlət qulluğunda səmərəli fəaliyyət və xidmətlərə görə təqdim edilir.

TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi
Son xəbərlərDaha çox