Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda avtomobil təmiri sexində maşına texniki xidmət zamanı mühərrik bölməsində partlayış baş verib. Partlayış nəticəsində mühərrikdən qopan hissələrdən biri həmin vaxt avtomobilin texniki xidməti ilə məşğul olan və usta köməkçisi kimi işləyən 13 yaşlı Tunç Çamın başına dəyib.
Bu barədə AzEdu.az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, naməlum səbəbdən baş verən partlayış nəticəsində Tunç Çam həyatını itirib.
Hadisə yerinə müvafiq qruplar göndərilib və araşdırma başlanıb.