Azedu.az

Bullinqlə bağlı nazirlikdən məktəblərə MESAJ

AzEdu Təhsil Platforması

9 Sentyabr 2026, 10:54
Bullinqlə bağlı nazirlikdən məktəblərə MESAJ

"Məktəbdaxili qısnama, yəni bullinq məsələsi də təhsil nailiyyətlərinə təsir edən amillərdən biridir. Azərbaycanda şagirdlərin təxminən 13,8 faizi ayda bir neçə dəfə və ya daha tez-tez bullinqə məruz qalır".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində bildirib. 

Nazir qeyd edib ki, bu göstərici inkişaf etmiş ölkələrin ortalamasından aşağıdır:

"Həmin ölkələrdə bu göstərici təxminən 19,6 faiz təşkil edir.Lakin məktəb direktorları bullinq probleminin qısa müddətdə aradan qaldırılacağını düşünməməlidirlər. Bu problemin azaldılması vaxt tələb edir və burada davamlı iş aparılmalıdır. Bullinq məsələləri və digər amillərin təhsil nəticələrinə təsiri də nəzərə alınmalıdır.

Eyni zamanda, valideynlərin uşaqların təhsili ilə mütəmadi maraqlanması da mühüm amildir. Məsələn, bu işi 9-cu sinifdən deyil, şərti olaraq 1-ci sinifdən başlatsaq və həmin il məktəbə gedən uşaqların valideynlərindən hər gün, hər həftə övladlarının təhsili ilə maraqlanmalarını xahiş etsək, əminəm ki, həmin nəsil 9-cu sinfə çatanda daha yaxşı təhsil nəticələri və daha yüksək nailiyyətlər göstərəcək.Əlbəttə, təhsil nəticələri yalnız bir faktorun təsiri ilə formalaşmır. Burada bir çox amillər birlikdə rol oynayır".

TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi
Son xəbərlərDaha çox