Azedu.az

Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü əldə edib

Araşdırma

9 Sentyabr 2026, 10:16
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü əldə edib

Fransalı alimlər 2,3 milyon atmosfer təzyiq və 2630 kelvin (təxminən 2357°C) temperatur şəraitində suyun yeni kristal quruluşunu müşahidə ediblər.

AzEdu.az xəbər verir ki, araşdırmanın nəticələri “Physical Review Letters” jurnalında dərc olunub.

Almaz örs və lazerlə qızdırma üsullarından istifadə edilən təcrübədə su “süperionik buz” adlanan ekzotik hala keçib. Bu vəziyyətdə oksigen atomları kristal qəfəsdə sabit qalır, hidrogen nüvələri isə sərbəst hərəkət edir.

Tədqiqatçılar yüksək təzyiq və temperaturda süperionik buzun altıbucaqlı sıx düzülüşə (hcp) keçdiyini müəyyənləşdiriblər.

Alimlərin fikrincə, kəşf Uran və Neptün kimi buz nəhəngi planetlərin daxili quruluşunu və onların qeyri-adi maqnit sahələrinin formalaşmasını anlamağa kömək edə bilər.

 

TƏCİLİ! “Gənclik Mall”da həyəcan siqnalı -Vətəndaşlar təxliyə edildi
Son xəbərlərDaha çox