Azedu.az

Yalnızlıq sağlam ömrü 6 ilə qədər azalda bilər - ARAŞDIRMA

Araşdırma

28 Sentyabr 2026, 13:37
Yalnızlıq sağlam ömrü 6 ilə qədər azalda bilər - ARAŞDIRMA

Yalnızlıq və sosial təcrid insanın xəstəliklərdən uzaq keçirə biləcəyi ömrü əhəmiyyətli dərəcədə azalda bilər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Tulane Universitetinin alimləri tərəfindən aparılan və “Nature Communications” jurnalında dərc olunan araşdırmada 40-69 yaş arasında 277 489 nəfərin məlumatları təhlil edilib.

Tədqiqat nəticəsində həm yalnızlıq, həm də sosial təcrid yaşayan insanların xəstəliksiz ömür uzunluğunun daha qısa olduğu müəyyənləşib.

Fiziki sağlamlıq baxımından bu qrupdakı qadınlar digər iştirakçılarla müqayisədə 2,4 il, kişilər isə 1,7 il daha az xəstəliksiz yaşayıb.

Psixi sağlamlıq üzrə fərq isə daha böyük olub. Yalnızlıq və sosial təcrid yaşayan qadınların psixi xəstəliklərdən uzaq ömür müddəti 3,7 il, kişilərdə isə 5,8 il daha qısa olub.

Araşdırmanın müəllifi, professor Lu Qi bildirib ki, sosial təcrid və yalnızlıq həm fiziki, həm də psixi sağlamlığa təsir göstərə bilər.

Qeyd edək ki, sosial təcrid və yalnızlıq eyni anlayış deyil. Sosial təcrid insanın sosial əlaqələrinin azlığı, yalnızlıq isə mövcud münasibətlərdən narazılıq və özünü tənha hiss etməsi ilə əlaqəlidir. İnsan sosial əlaqələri olduğu halda da özünü tənha hiss edə bilər.

Araşdırmada sağlam qidalanma, idman, kifayət qədər yuxu və siqaretdən uzaq durmağın sosial təcridlə bağlı bəzi sağlamlıq risklərini azaltdığı, lakin yalnızlıqla bağlı risklərə təsirinin məhdud olduğu müəyyən edilib.

Ərdoğandan Əliyevə kritik zəng - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox