Azedu.az

İmişlidə erkən nikahın qarşısı ALINDI

Hadisə

10 Sentyabr 2026, 16:59
İmişlidə erkən nikahın qarşısı ALINDI

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlər nəticəsində oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılan məclisin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Azərbaycanlıların olduğu gəmiyə hücum: Ö*lənlər və yaralılar var
Son xəbərlərDaha çox