Azedu.az

Dərsliklərə yeni mövzular daxil ediləcək

Orta təhsil

10 Sentyabr 2026, 16:28
Dərsliklərə yeni mövzular daxil ediləcək

Ümumi təhsil pilləsi üzrə hazırlanan müvafiq dərsliklərə isə sağlam qidalanmaya və zoonoz xəstəliklərə dair materialların daxil edilməsi nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bu, yeni təsdiqlənən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Proqrama görə, 2027−2031  illərdə ümumi təhsil pilləsi üzrə yaş səviyyəsinə uyğun sağlam qidalanmaya və zoonoz xəstəliklərə dair materialların müəyyən edilməsi və dərsliklərə daxil edilməsi üçün təkliflər hazırlanacaq. Nəticədə ümumi təhsil müəssisələrində sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatlılıq səviyyəsi artırılacaq.

Azərbaycanlıların olduğu gəmiyə hücum: Ö*lənlər və yaralılar var
Son xəbərlərDaha çox