Azedu.az

Direktor vəzifələri üzrə müsahibə mərhələsinə start verilib

Orta təhsil

7 Sentyabr 2026, 17:54
Direktor vəzifələri üzrə müsahibə mərhələsinə start verilib

Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində direktor vəzifəsi üzrə növbəti müsahibə mərhələsinə başlanılıb.

Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

07 sentyabr 2026-cı il tarixindən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üzrə keçirilən müsabiqənin növbəti müsahibə mərhələsinə start verilib.

Müsahibələrin 10 sentyabr 2026-cı il tarixinədək keçirilməsi nəzərdə tutulur.

Mərhələ çərçivəsində namizədlərin idarəetmə və liderlik bacarıqları, peşəkar bilikləri, qərarvermə və problem həll etmə səriştələri, kommunikasiya qabiliyyətləri, rəqəmsal və sosial-emosional bacarıqları qiymətləndiriləcək.

Ukraynadan dağıdıcı HÜCUM - Rusiya şəhərləri vurulur!
Son xəbərlərDaha çox